ABŞ və Rusiya Suriyanın cənub-qərbində münaqişə tərəflərinin təmas xəttinin xəritəsi üzrə razılığa gəliblər.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, tərəflər sülhün qorunması üçün əlavə səylər göstərməli olacaqlar.
“Bu addımlar regionda əlavə müşahidəçilərin yerləşdirilməsini nəzərdə tutur”, - diplomat deyib.
S.B.
www.oxu.az