Şri-Lankanın Hərbi Dəniz Qüvvələrinin patrul xidməti açıq dənizdə boğulan fil balasını xilas edib.
Oxu.Az-ın məlumatına görə, heyvan adanın şərq sahilindən 15 kilometr aralıda aşkarlanıb.
Hadisə yerinə dərhal dalğıc-xilasedicilər cəlb olunub.
Onlar fil balasını iplə bağlayıb sahilə çıxarıblar, sonra isə yerli qoruğun əməkdaşlarına təhvil veriblər.
S.B.
www.oxu.az