Türkiyənin tanınmış müğənnisi Adnan Şenses dünyasını dəyişib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, müğənni bir müddət əvvəl yerləşdirildiyi və müalicə aldığı xəstəxanada vəfat edib.
A.Şenses 21 avqust 1935-ci ildə Bursada anadan olub. O, 1956-cı ildən müğənniliyə başlayıb, 16 il Ankara radiosunun solisti olub. O, Türkiyədə çəkilmiş 47 filmdə rol alıb.
A.Şenses xərçəng xəstəliyindən əziyyət çəkirdi.