Türkiyə Nazirlər Kabinetinin yeni tərkibi açıqlanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, yeni kabineti Türkiyənin baş naziri Receb Tayyip Erdoğan açıqlayıb.
Erdoğan deyib ki, yeni hökumətin tərkibində 10 vəzifədə dəyişiklik olub.
Baş nazirin müavini - Emrullah İşler
Ədliyyə naziri - Bekir Bozdağ
Ailə və sosial siyasət naziri - Ayşenur İslam
Avropa Birliyi naziri - Mövlud Çavuşoğlu
İqtisadiyyat naziri - Nihat Zeybekçi
Ətraf və şəhərsalma naziri - İdris Güllece
Daxili işlər naziri - Efqan Ala
Nəqliyyat naziri - Lütvi Elvan
Elm, sənaye və texnologiya naziri - Fikri İşıq
Gənclər və idman naziri - Akif Çağatay Kılıç
Yeni kabinetdə bu gün istefa verən daxili işlər, ətraf və şəhərsalma naziri və maliyyə naziri ilə yanaşı adı korrupsiya qalmaqalında hallandırılmış Egemen Bağış da yeni kabinetdə təmsil olunmayıb.
Qeyd edək ki, baş nazirin Kabinetinin tərkibini təsdiqlətmək üçün açıqlamadan öncə prezident Abdullah Güllə 1,5 saatlıq görüşü olub.