Avropa Parlamentinin deputatları Rusiya KİV-nə qarşı fəaliyyət barədə qətnamə qabul ediblər. Ən təhlükəli agentliklər sırasında isə Sputnik və RT telekanalının adı çəkilib.
Oxu.Az bu barədə RİA “Novosti”yə istinadən məlumat yayıb.
Qəbul edilən sənəd, tövsiyyə xarakterlidir, Aİ üzv ölkələri tərəfindən icrası icbari deyil.
Səsvermədə iştirak edən 691 deputatdan sənədin lehinə 304 nəfər, əleyhinə 179 nəfər səs verib, 208 nəfər isə bitərəf qalıb.
N.O.
www.oxu.az