Avropa Komissiyası Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə hərbi əməkdaşlığa görə Rusiyaya qarşı 17-ci sanksiyalar paketinin qəbul edilməsi üçün səylərini artıracağını vəd edib.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə AK-nın mətbuat xidmətinin rəhbəri Paula Pinyu bəyan edib.
"Avropa Komissiyası Rusiya və KXDR arasında hərbi əməkdaşlığa dözməyəcək", - deyə o bildirib.
Öz növbəsində, Avropa Komissiyasının nümayəndəsi Anita Hipper Rusiyanı zəiflətmək üçün yenidən cəhd etmək məqsədilə sanksiyalarla cavab verəcəyini vəd edib.
"Biz Rusiyaya qarşı 17-ci sanksiyalar paketinin başladılması üçün daha çox iş görəcəyik", - deyə o bildirib.