Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Aİ Şurası Kiyevə 4,2 milyard avro məbləğində yardımın ikinci tranşının ödənilməsini təsdiqlədi
Avropa İttifaqı Şurası Kiyevə 4,2 milyard avro dəyərində makromaliyyə yardımının ikinci tranşını ödəməyə razılıq verib.
Oxu.Az-ın MK.ru-ya istinadən xəbərinə görə, bu barədə qurumun saytında dərc edilmiş sənəddə məlumat verilib.
Həmçinin, ödənişin yaxın vaxtlarda həyata keçiriləcəyi qeyd edilib.
"Şura ölkənin makro-maliyyə sabitliyini və dövlət idarəçiliyinin fəaliyyətini dəstəkləmək üçün Aİ-nin Ukrayna üzrə Fondu çərçivəsində qrant və kreditlərin ikinci dəfə müntəzəm verilməsini təsdiqləyib", - deyə məlumatda bildirilib.
Nəzərə çatdırılıb ki, müsbət qərar Ukraynanın Aİ Fondundan vəsait almaq üçün lazımi şərtləri və islahatları yerinə yetirməsindən sonra qəbul edilib.
Şura vurğulayıb ki, ölkədəki çətin maliyyə vəziyyətini nəzərə alaraq, pulun tez bir zamanda ayrılması vacibdir.
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Ursula fon der Lyayen Aİ-də fövqəladə vəziyyət tətbiq etməyə hazırdır
- Avropa İttifaqı ABŞ ilə "müharibə"yə hazırlaşır
- Avropa İttifaqı ABŞ-yə xəbərdarlıq etdi
- Aİ-nin "sülh" missiyasının gələcək planları binoklla Azərbaycana boylanmaqdan ibarət olmayacaq
- Aİ-nin Ermənistan-Azərbaycan şərti sərhədində avantürst addımları davam edir
Rəylər