Almaniyanın hüquq-mühafizə orqanları Cənubi Brandenburqda enerji obyektlərinə qarşı təxribatların törədilməsi ilə bağlı etiraf məktubu alıblar.
Oxu.Az xəbər verir ki, bu barədə yerli polis "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Turnov-Preylakda (Brandenburq torpağı - red.) baş verən hücuma görə müəllifin məsuliyyəti öz üzərinə götürdüyü məktub almışıq", - deyə idarənin açıqlamasında qeyd olunub.
Məktubda Berqhaymdakı insidentlərdən və Brandenburqdakı "Yenşvalde" İES-dən bəhs olunur. Məktubun müəllifi əməllərini qazıntı yanacağından əldə edilən enerjinin istifadəsinə etirazla izah edir.
Poçt ştampına əsasən, məktub Şimali Reyn-Vestfaliyadan göndərilib. Polis məktubu göndərən şəxsin enerji obyektlərinə hücumlarda iştirak edib-etmədiyini yoxlayır.
Qeyd edək ki, sentyabrın 3-də Almaniyanın Dormaqen şəhərindəki elektrik yarımstansiyasının yaxınlığında şübhəli əşya tapılıb. Onun partlayıcı maddə və ya buraxılış qurğusu olduğu ehtimal edilir.