İfrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyası "Forsa" tərəfindən aparılan son sorğuda hakim Xristian Demokratik İttifaqı və Xristian Sosial İttifaqı blokunu keçərək Almaniyanın ən populyar partiyası olub.
Oxu.Az DW-yə istinadən xəbər verir ki, AfD-nin bəyənmə reytinqi 26%, XDİ/XSİ-nin 24%, Sosial-Demokrat Partiyası və Yaşılların hər biri 13%, solçuların isə 11% təşkil edir. Eyni zamanda, qərarsız olanların payı da yüksəkdir - 25%.
Kansler Mertsin reytinqi 3% azalaraq yeni antirekord göstərib. Respondentlərin 29%-i onun fəaliyyətini müsbət qiymətləndirir.