Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Alsu boşandığı bakılı ərinin mənzilini əlindən almaq istəyir
Keçmiş bakılı əri, iş adamı Yan Abramovdan ayrılan məşhur rusiyalı müğənni Alsu Moskva şəhərində yerləşən "Triumf Palace"dakı mənzilin mülkiyyət hüququnu öz adına tanınması məqsədilə məhkəməyə müraciət edib.
Oxu.Az bu barədə "Mash" "Telegram" kanalına istinadən məlumat verir.
Mənbə yazır ki, daşınmaz əmlakın dəyəri 300 milyon rubl (3 milyon dollar) qiymətləndirilir.
Öz növbəsində mətbuata açıqlama verən Yan Abramovun vəkili Aleksandr Dobrovinski bildirib ki, Moskvada boşanma prosesi davam etdiyi bir vaxtda müğənni Alsu övladlarından biri ilə Parisdə keçirilən Olimpiadanı seyr etməyə yollanıb.
Məlumat üçün əlavə edək ki, Alsu ilə Yan Abramov 18 il nikahda olublar. Cütlüyün bu nikahdan Safina, Mikella və Rafael adlı övladları var.
"Alsu" teqi üzrə xəbərlər
- Alsu boşanmadan sonrakı həyatından danışıb
- Alsu ilk dəfə bakılı əri ilə boşanmasından danışdı
- Alsu boşandığı bakılı ərinə qarşı yeni iddialarla məhkəməyə müraciət edib
- Alsu boşandığı bakılı ərinin xəyanət etdiyini təsdiqlədi
- Boşanmaq üzrə olan Alsunun Krımdakı villası satılır: Milyonlar verən alıcı nə əldə edəcək?
Rəylər