Sakit okean akvatoriyasında, ABŞ-nin Alyaska ştatındakı Aleut adalarından cənubda 5.9 maqnitudalı yeraltı təkan qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb. Bildirilib ki, zəlzələnin episentri Umnak adasında yerləşən Nikolski yaşayış məntəqəsindən 62 km cənub-şərqdə və Ankoric şəhərindən 1553 km cənub-qərbdə yerləşib.
Episentrdəki təkanların intensivliyinə görə bu seysmik hadisə "dağıdıcı" kimi qiymətləndirilir.
ABŞ Geoloji Xidmətinin hesablamalarına əsasən isə zəlzələnin maqnitudası 6.3 təşkil edib. ABŞ-li seysmoloqların məlumatına görə, yeraltı təkanların ocağı 35 km dərinlikdə olub.