"Amnesty International" qeyri-hökumət təşkilatının fəaliyyəti Rusiyada arzuolunmaz elan edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, Londonda qeydiyyatdan keçmiş təşkilat Rusiya-Ukrayna münaqişəsi başlayandan regionda hərbi qarşıdurmanı gücləndirmək üçün mümkün olan hər şeyi edir.