ABŞ-ın Texas ştatında iki azyaşlı qız avtomobildə 15 saat ac və susuz qaldıqdan sonra ölüblər.
Oxu.Az-ın BBC-yə istinadən xəbərinə görə, hüquq-mühafizə orqanları uşaqların 19 yaşlı anası Amanda Hokinsə qarşı ittiham irəli sürüblər.
“Amanda Hokins bir və iki yaşlı körpəsini avtomobildə qoyub 16 yaşlı sevgilisi ilə əylənməyə gedib. 15 saatdan sonra qayıdan qadın uşaqlarının huşsuz olduğunu görüb”, - Kerr dairəsinin polis idarəsindən verilən məlumatında deyilir.
Qadın uşaqları xəstəxanaya çatdırsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Amanda Hokins polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az