Artıq 10 ildir ki, (2005-ci ildən) Almaniya kansleri vəzifəsini tutan Angela Merkel dördüncü dəfə namizədliyini irəli sürməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə “Spiegel” qəzeti öz mənbələrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, o, öz namizədliyini artıq Xristian Demokratik İttifaqının baş katibi Peter Tauber və partiyanın icraçı direktoru Klaus Şüller ilə müzakirə edib. Almaniya kanslerinin növbəti seçkiləri 2017-ci ildə keçiriləcək.
Angela Merkelin öz qərarını həmvətənlərinə gələn ilin əvvəlində elan edəcəyi gözlənilir.
Qeyd etmək lazımdır ki, Angela Merkel artıq beş ildir ki, Forbesin versiyasına görə dünyanın ən nüfuzlu qadınları reytinqinə başçılıq edir.
E.Ə.
www.oxu.az