Türkiyənin Antalya şəhərində ticarət-sənaye palatası yaxınlığında partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə şəhər valisi Menderes Türel bildirib.
“Bunun terror aktı olmasından danışmaq tezdir. Bu ağla gələn ilk fikirdir, amma partlayış qəza nəticəsində də baş verə bilərdi”, - M.Türel “CNN Turk” kanalına bildirib.
Onun sözlərinə görə, partlayış zamanı parkinqdə adam az olub. O, xəsarətlərin partlayış zamanı ticarət-sənaye palatasının şüşələrinin qırılması nəticəsində aldığını dəqiqləşdirib.
10:43
Türkiyənin kurort şəhəri Antalyada ticarət-sənaye palatasının yaxınlığında güclü partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə “Milliyet” qəzetinin saytında məlumat yayılıb.
Xəsarət alanlar barədə məlumat yoxdur, hadisə yerinə təcili yardım maşınları cəlb edilib.
N.O.
www.oxu.az