Antalya hotellərindən birində Rusiyadan olan turistlərin iştirakı ilə kütləvi dava baş verib.
Oxu.Az bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Hotel rəhbərliyinin verdiyi məlumata əsasən, münaqişə sentyabrın 23-də baş verib. Administrasiya qeyd edib ki, rusiyalı sərxoş turistlər özlərini aqressiv aparıblar. Qonaqlar ədəbsiz danışmağa və hotelin işçilərinə hücum etməyə başlayıblar.
Bəzi KİV-lər qeyd edir ki, rusiyalı turistlər barmenin onlara qarşı qərəzli olduğunu iddia ediblər və ondan şikayət etməyə çalışanda, kütləvi dava başlayıb. Bundan sonra hotelin əməkdaşları davaya qoşulublar.
N.O.