Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması barədə qərar qəbul edib. TASS xəbər verir ki, qərar Aİ-nin Brüsseldə keçirilən sammitində qəbul olunub. Sanksiyalar yenidən 6 ay müddətinə uzadılıb. Köhnə sanksiyaların tarixi 2020-ci il yanvarın 31-də bitməli idi. Xatırladaq ki, Krımın referndum vasitəsi ilə Rusiyaya birləşdirildiyindən sonra ABŞ və Avropa İttifaqı Moskvaya qarşı sanksiyalar tətbiq ediblər.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin