Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın Gürcüstana rəsmi səfəri başlayıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayır.
Məlumata əsasən, o, yanvarın 29-da ölkəyə səfər edib.
T.Yaqland səfər çərçivəsində Gürcüstanın xarici işlər naziri Mixali Canelidze ilə görüşüb.
Səfərdə 2016-2019-cu illər üzrə Gürcüstanla Avropa Şurası arasında əməkdaşlığa dair “Fəaliyyət proqramı”nın reallaşması müzakirə olunub.
O, Gürcüstan prezidenti Georgi Marqelaşvili və parlament üzvləri ilə də görüşlər keçirəcək.
N.О.