Avstraliya Fələstin dövlətini tanıyıb.
Oxu.Az bildirir ki, ölkənin Baş naziri Entoni Albaneze və xarici işlər naziri Penni Vonq müvafiq bəyanatla çıxış ediblər.
"Avstraliya müstəqil və suveren Fələstin dövlətini tanıyır", - deyə bəyanatda vurğulanır.
Avstraliya Böyük Britaniya və digər Avropa ölkələrinin ardınca yaxın zamanda Fələstin dövlətini tanımaq niyyətində olduğunu bəyan edəcək.
Oxu.Az bildirir ki, "The Times of Israel" nəşri bu barədə ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı adı açıqlanmayan yüksəkvəzifəli əməkdaşa istinadən məlumat verib.
"Bu gün Avstraliya Nyu-Yorkda BMT Baş Assambleyasında Fələstin dövlətini birtərəfli tanıdığını elan edəcək", - deyə məlumatda bildirilir.