Bu gün Avstriyanın paytaxtı Vyana ətrafında havanın temperaturu 40.8°C təşkil edib.
Oxu.Az "Kronen Zeitung" nəşrinə istinadən xəbər verir ki, bu, bütün müşahidə tarixi ərzində ölkə üçün mütləq rekorddur.
40.5°C təşkil edən əvvəlki rekord 2013-cü ildə qeydə alınmışdı.
Şərqi Avstriyada isti hava şəraiti ilə əlaqədar ən yüksək təhlükə səviyyəsi elan edilib. Bəzi avtomobil yolları bağlamıb. Burgenland federal torpağında meşə yanğını tüğyan edir.
Bununla yanaşı, istirahət zonası kimi istifadə olunan Dunay çayı sahilindəki Lobau ərazisində ən yüksək yanğın təhlükəsi səviyyəsi qüvvədədir.