Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) çevriliş cəhdi ilə bağlı istintaq çərçivəsində axtarışda olan kontr-admiral İrfan Arabacı tutulub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, yüksək rütbəli hərbçi İzmirdə yaxalanıb.
Məlumata əsasən, o, tanınmamaq üçün xarici görkəmini dəyişərək saqqal buraxıb.
İ. Arabacı dindirilmək üçün Terrorla Mübarizə üzrə dövlət idarəsinə aparılıb.
N.O.