Gürcüstan, Türkiyə və Azərbaycanın iştirakı ilə Tbilisidə “Üçtərəfli əməkdaşlığın gələcəyi: yeni perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir.
Oxu.Az “”Novosti-Qruziya”ya istinadən xəbər verir ki, konfransda üç ölkənin araşdırma mərkəzlərinin rəhbərləri, həmçinin dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri regional təhlükəsizliyin artırılması, üçtərəfli iqtisadi əməkdaşlığın inkişafı, İpək yolu vasitəsilə Şərq və Qərb arasında nəqletmənin imkanları məsələlərini müzakirə edirlər.
“Bu gün üçtərəfli formatda akademik dairələr məlumat mübadiləsi aparır, üç ölkə arasında mövcud perspektovlər müzakirə olunur.
Bu ölkələrin həyata keçirdiyi üçtərəfli layihələr çox vacibdir, belə ki, onlar yalnız üç ölkənin deyil, bütün regionun inkişafına imkan yaradır”, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Mixail Canelidze jurnalistlərə deyib.