Azərbaycan Xarici İşlər Nazirliyi Hindistanın Əhmədabad aeroportu yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar bu ölkəyə başsağlığı verib.
Oxu.Az xəbər verir ki, başsağlığının mətni Azərbaycan XİN-nin "X" səhifəsində dərc edilib.
"Hindistanın Əhmədabad şəhərində baş vermiş faciəli təyyarə qəzası bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Xəsarət alanlara güc və şəfa diləyirik", - Azərbaycan XİN-nin paylaşımında qeyd olunur.
We are deeply saddened by the tragic plane crash in Ahmedabad, India.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) June 12, 2025
We extend our condolences to the families and loved ones of those affected.
We hope for strength and healing in the days ahead.@MEAIndia