RoomGuru.ru hotel axtarışı servisi fevralın 14-də qeyd edilən Sevgililər günündə romantik istirahət üçün ən populyar səfərlərin adını açıqlayıb.
Oxu.Az xəbər verir ki, reytinq hotellərin 2017-ci ilin fevral ayının 13-15 tarixləri arasında iki nəfər üçün sifarişlər əsasında tərtib edilib.
Bakı rusiyalı turistlərin Sevgililər günü səfərlər üçün seçilən şəhərlər siyahısında beşinci yerdədir.
Paris, Roma, Minsk, Tbilisi, Tallin, Budapeşt, Barselona, Vena və Yerevan TOP-10 şəhərlər siyahısına daxildir.
RoomGuru.ru-nun məlumatına görə, ən ucuz səfər Minskə (orta hesabla 50 dollar), ən baha isə Parisə (bir günə 110 avro) başa gələcək. Bakıda yaşayış sutkada orta hesabla 60 dollara başa gələcək.
“Tur Stat” agentliyinin proqnozlarına görə, 2017-ci ildə rusiyalı turistlərin xarici səfərlərinin sayı 10% artacaq.
Sevgililər günü səfərlər üçün ən populyar Rusiya şəhərlərinin ilk üçlüyünə Sankt-Peterburq, Moskva və Kazan daxildir.
N.O.
www.oxu.az