Banqladeşlə Myanma sərhədində vəhşi fillər qaçqınların düşərgəsinə hücum edib.
Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, faciə Koks-Bazar şəhərində baş verib.
Nəticədə fillər 2 rohinca qaçqınını tapdalayaraq öldürüb, 5-ni isə yaralayıb. Ölənlər - 55 yaşlı kişi və 2 yaşlı uşaqdır.
Xəsarət alanlar yerli xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, Banqladeş ərazisindəki qaçqın düşərgəsində məskunlaşmış müsəlman rohincalar Myanma Silahlı Qüvvələrinin təqiblərdən qaçırlar. Cari ilin avqustun 25-dən sentyabrın yarısınadək Rakhayn ştatından Banqladeşə 410 mindən artıq rohincalı keçib. Banqladeş ərazisində sərhəd boyu yerləşən qaçqın düşərgələri artıq dolub.
N.О.