"Barselona" Danimarkanın "Kopenhagen" klubunun gənclərdən ibarət komandasının 15 yaşlı futbolçusu Rayan Bardağcini transfer etmək istəyir.
Oxu.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Qeyd olunub ki, Rayan Bardağci bir çox Avropa nəhənglərinin öz akademiyasında görmək istədiyi istedadlı oyunçudur. O, ötən həftə "Barselona"nın transfer etdiyi 19 yaşlı Runi Bardağcinin qardaşıdır.