İspaniyanın "Barselona" klubu 19 yaşlı Runi Bardağcinin transferini açıqlayıb.
Oxu.Az Kataloniya təmsilçisinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Danimarkanın "Kopenhagen" klubundan transfer olunan 19 yaşlı küveytəsilli yarımmüdafiəçi ilə 4 illik anlaşma imzalanıb.
Qeyd edək ki, 2021-ci ildən Danimarka təmsilçisinin formasını geyinən R.Bardağci bu komandanın heyətində meydana çıxdığı 65 matçda 15 qolla yadda qalıb.