Elektrik qatarı stansiyaya yaxınlaşarkən dayanab bilməyib və platformaya çırpılıb.
Oxu.Az korrespondent.net-ə istinadən xəbər verir ki, Barselonada “Fransız vağzalı” stansiyasında qatar platformaya çırpılıb.
Ən azı 48 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 20-dən çox adam xəstəxanaya yatırılıb, onlardan maşinistdə daxil olmaqla beşi, ağır vəziyyətdədir. Hadisə zamanı ölənlər haqqında məlumat yoxdur.
İlkin məlumata görə, qatar stansiyaya yaxınlaşarkən dayana bilməyib və platformaya çırpılıb. Elektrik qatarına ciddi zərər dəyib.
Hazırda hadisə yerində xilasedicilər və tibbi yardım briqadası işləyir.
S.S.
www.oxu.az