Barselonanın meri Ada Kolau Kataloniyanın İspaniyadan ayrılaraq, müstəqil olmasını dəstəkləmədiyini açıqlayıb.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə “El Pais” xəbər verir.
“Oktyabrın 1-də alınan nəticə Kataloniyanın müstəqilliyini elan etməsinə əsas ola bilməz”, - deyə A.Kolau bildirib.
Merin sözlərinə əsasən, Kataloniyada baş verənlər İspaniya demokratik idarəetməyə keçəndən sonra ən ciddi institutsional böhrandır.
N.O.