Özbəkistanda terrorizmə məhkum edilən ABŞ vətəndaşı Batuminin beynəlxalq aeroportunda saxlanılıb.
Oxu.Az Sputnik Georgia-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN saytında məlumat yayılıb.
1978-ci il təvəllüdlü amerikalı Daşkəndin sorğusu üzrə İnterpol xətti ilə axtarılır. O, Özbəkistanın cinayət məcəlləsinin: terrorizm, kriminal təşkilatın yaradılması, diversiya hücumunun həyata keçirilməsi, eləcə də qanunsuz silah müsadirə etmək kimi bir neçə maddəsi üzrə ittiham edilir. Hazırda ABŞ vətəndaşının Özbəkistana ekstradisiyası üçün bütün lazımi proseduralar aparılır.
N.O.
www.oxu.az