Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bayden humanitar yükün Qəzzaya daxil olacağı tarixi açıqladı
ABŞ Prezidenti Co Baydenin Misirin Prezidenti Abdülfəttah Əs-Sisi ilə telefon danışığının bəzi detalları məlum olub.
Mətbuat nümayəndələri iki ölkə liderinin humanitar yardım maşınlarının Qəzzaya buraxılmasına dair razılaşmanın bəzi təfərrüatını öyrənə biliblər.
C.Baydenin iddiasına əsasən, humanitar yük avtomobilləri Qəzza zolağına “Rəfah” keçid məntəqəsindən daxil olacaq, amma bu oktyabrın 20-dən tez baş verməyəcək.
İsrail səfərindən geri qayıdan C.Bayden təyyarədə jurnalistlərə açıqlamasında əlavə edib ki, humanitar yük avtomobillərinin hərəkətinə əsas maneə yollardır.
“Yük maşınlarının hərəkət edə bilməsi üçün yollarda çuxurları doldurmaq lazım olacaq. Bu isə təxminən səkkiz saata yaxın vaxt aparacaq. “Həmas” onları müsadirə etsə və ya buraxmasa, humanitar yükün daşınması dayanacaq, çünki biz “Həmas”a humanitar yardım göndərmək fikrində deyilik. Mən buna dair söz vermişəm”, - deyə jurnalistlərə açıqlamasında Birləşmiş Ştatlar prezidenti bildirib.
Onun sözlərinə görə, Qəzzada yardımın bölüşdürülməsi ilə BMT qurumları məşğul olacaq.
Hər şey qaydasında gedərsə və HƏMAS-ın müdaxiləsi olmazsa, sərhəddə gözləyən yardım maşınlarının qalan hissəsi də Qəzzaya buraxılacaq.
Öz növbəsində Qızıl Ayparanın Şimali Sinaydakı rəhbəri Xalid Zayed bəyan edib ki, “Rəfah” keçid məntəqəsinin yaxınlığında üç min ton humanitar yardımla dolu 200-dən çox yük maşını gözləyir.
Mənbə: BBC
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Azərbaycandakı dini konfessiyaların rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏT
- Qərbi Azərbaycan İcması Ararat Mirzoyana cavab verib
- Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
- Rəsmi Bakı BMT-ni itkin düşmüş şəxslərlə bağlı Ermənistandan tam əməkdaşlıq tələb etməyə çağırıb
- Elnur Məmmədov: "Ermənistanın normallaşma prosesində əsas maneəni aradan qaldıracağını gözləyirik"