ABŞ-ın vitse-prezidenti Co Bayden 2020-ci ildə prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bəyan edib.
Oxu.Az RT-yə istinadən xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.
“Mən 2020-ci ildə namizədliyimi irəli sürəcəyəm”, - Bayden deyib.
Siyasətçinin bəyanatına təəccüblənən jurnalistlər, ondan bu niyyətin zarafat olmadığını yenidən soruşublar. Baydenin sözlərinə görə, taleyin planlara gözlənilməyən halda müdaxilə etmək kimi adəti var.
Daha öncə Bayden Maykl Riçard Pensi ABŞ-ın vitse-prezidenti postuna seçilməsi münasibəti ilə təbrik edib.
N.O.
www.oxu.az