Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Ceremi Frimponqla “Bavariya”, “Real Madrid” və “Mançester Yunayted” klubları maraqlanır.
Bu barədə insayder Kristian Falk məlumat verib.
Artıq futbolçunun nümayəndələri “Mançester Yunayted” və “Bavariya” ilə konkret danışıqlar aparırlar. Onun “Bayer”lə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir. Lakin sənəddəki bəndə əsasən, Frimponq Avro-2024-ün əvvəlinə qədər 40 milyon avroya alına bilər.
Qeyd edək ki, Frimponq 2021-ci ilin yanvarında “Seltik”dən 11 milyon avroya transfer olunub. O, bu mövsüm 37 oyunda 12 qol vurub və 10 məhsuldar ötürmə edib.
Mənbə: championat.com
Rəylər