Berlində Alt-Hoenşenhauzen rayonunda baş verən tramvay qəzası zamanı ən azı 20 nəfər yaralanıb.
Oxu.Az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə Berlin polisi məlumat verib.
Qəzanın səbəbləri məlum olmasa da, tramvayın şəbəkə dirəyinə çırpıldığı ehtimal edilir.
Qəza nəticəsində tramvayın arxa hissəsi relsdən çıxıb. Üç nəfər ağır xəsarətlər alıb.

Qaynar xətt:
(055) 224 12 12