Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Bi-2” İsrailə deportasiyanın ləğv edildiyini bildirib - YENİLƏNİB
“Dünən qrup üzvlərinin İsrailə deportasiyası barədə qərar qəbul edilib. Bu qərara uyğun olaraq aviabiletlər alınıb. Bu gün Rusiya konsulluğunun yüksəkrütbəli diplomatlarının səfərindən sonra qrupun nümayəndələrinə İsrailə deportasiya qərarının ləğv edildiyi bildirilib”.
Bu barədə “Bi-2” qrupunun teleqram kanalında yazılıb.
Qrup üzvlərinin miqrasiya mərkəzində 80 nəfərlik ümumi kamerada saxlanılması davam edir. Bu da musiqiçilərin Rusiya konsulu ilə əlaqə saxlamaqdan imtina etməsi ilə bağlı məlumatı təsdiqləyir.
“Rusiya Federasiyasının səfirliyi dərhal Rusiya vətəndaşı olan qrup üzvləri ilə görüş təşkil edib. Yanvarın 30-da qrup üzvləri Rusiya konsulu ilə görüşməkdən imtina etdilər”, - deyə Rusiyanın Tailanddakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri İlya İlin deyib.
Mənbə: TASS
17:24
Tailandda saxlanılan “Bi-2” rok qrupunun yeddi üzvündən dördü Rusiyaya deyil, İsrailə deportasiya ediləcək.
İsrail Xarici İşlər Nazirliyi və İsrailin Banqkokdakı səfirliyi bu barədə təkid ediblər.
Tailand qanunvericiliyinə görə, deportasiya xarici pasportun verildiyi ölkəyə həyata keçirilir. Bununla belə, “Bi-2”nin üzvləri İsrailə deportasiya olunmaq istəklərini ifadə ediblər. İsrail Xarici İşlər Nazirliyinin uğurlu səylərindən sonra musiqi qrupundan olan dörd İsrail vətəndaşı təyyarə bileti alıb və çərşənbə günü İsrailə deportasiya ediləcək. Qrupun yeddi üzvündən heç biri Rusiyaya ekstradisiya edilməyəcək.
Qeyd edək ki, “Bi-2”nin üzvləri yanvarın 24-də Tailandda iş icazəsi olmadan keçirdikləri konsertdən sonra saxlanılıblar.
Mənbə: TASS
Rəylər