Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Bild": "Rəisinin olduğu helikopter uçuşa yararsız idi"
"İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı ABŞ-nin "Bell 212" helikopteri uçuş üçün yararsız olub".
Belə bir iddia ilə Almaniyanın "Bild" nəşrinin analitiki, özü də həvəskar pilot olan və kiçik təyyarələri idarə edən Yulian Repke çıxış edib.
O xatırladıb ki, "Bell 212" helikopterləri 1960-cı illərdə hazırlanıb. Yulian Repkenin sözlərinə görə, helikopter 1990-cı illərdə yenilənmiş olsa da, əlverişsiz hava şəraitində uçuş üçün yararsız olub.
"Əgər məlumatlar doğrudursa, Rəisi vizual uçuş qaydalarına açıq-aydın şəkildə uyğun gəlməyən hava şəraitində "Bell 212" ilə uçub. Bu, sadəcə olaraq intihardır. Helikopter çətin hava şəraitində uçuşlar üçün yararsız olub", - deyə Repke qeyd edib.

Mənbə: Bild
"İbrahim Rəisi" teqi üzrə xəbərlər
- İranın keçmiş prezidenti İbrahim Rəisinin həyat yoldaşı vəzifəsindən uzaqlaşdırıldı
- İran Silahlı Qüvvələri: "Rəisinin olduğu helikopterin qəzaya uğramasına səbəb əlverişsiz hava olub"
- Pezeşkianın Tacikistan və Rusiya səfərləri: İranın siyasi aktivliyinin nümayişi
- İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir?
- Siyasət xəritəsi: Dünya 2024-cü ili hansı hadisələrlə xatırlayacaq?