Malayziya hakimiyyəti Malayziya Airlines aviaşirkətinin “Boeing 777”-nin itməsi ilə əlaqədar araşdırmanın nəticələrinə dair məruzə dərc edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, 9 aprel tarixli beş səhifəlik məruzənin surəti həmçinin Malayziya müdafiə nazirinin və nəqliyyat naziri s.i.e. Hişamuddin Hüseynin Facebook səhifəsində də dərc edilib.
Sənəddə ölkə hakimiyyəti İCAO real zaman kəsiyində mülki təyyarələrin izlənməsi standartlarının tətbiqetmə imkanlarını nəzərdən keçirməyi təklif edib.
“Son beş il ərzində iri mülki təyyarənin itmə hadisəsi baş verib və onların sonuncu yeri müəyyən edilməyib. İCAO real zaman kəsiyində mülki təyyarələrin izlənməsi standartlarının tətbiqetmə imkanlarını nəzərdən keçirmək təklif edilir”, - sənəddə deyilir.
Məruzə ilə yanaşı itkin düşmüş laynerin yük yerində olan yüklərin siyahısı və pilot kabinəsində olan insanlar və aviadispetçerlər arasında söhbət də dərc edilib.
May ayının 1-də Malayziya Airlines təyyarədə olan sərnişinlərin qohumlarına şirkətin təqdim etdiyi mehmanxanalardan çıxaraq evlərinə getməyi və araşdırmanın nəticələrini evdə gözləməyi məsləhət görüb.
“Bu göstərişə müvafiq olaraq Malayziya Airlines (sərnişinlərin) ailələrin dəstəyi ilə məşğul olan bütün mərkəzləri 7 may tarixinə qədər bağlamağa niyyətlidir”, - Frans Press agentliyi daşıyıcının sözlərindən sitat gətirib.
Qeyd edək ki, Malayziya Airlines avişirkətinin MH370 reysi üzrə Kuala-Lumpurdan Pekinə uçan “Boeing 777-200” avialayneri 227 sərnişin və 12 ekipaj üzvü ilə radarların ekranından 8 marta keçən gecə yox olub. Malayziya baş naziri xəbər verir ki, təyyarə Hind okeanının cənub hissəsində düşüb: bunu peyk məlumatlarının tədqiqi sübut edib. Heç kimin sağ qalmadığı fərz edilir.