Beynəlxalq Olimpiya Komitəsi (BOK) “Qadınlar və idman” mükafatını Efiopiyadan olan idman jurnalisti Dajim Zinab Tekleyə verib.
Oxu.Az xəbər verir ki, bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb.
“Bu mükafat yalnız qadınlar üçün deyil, həm də gender bərabərsizliyinə laqeyd olmayan kişilər üçündür”, - Tekle bəyan edib.
Jurnalist beş ildir ki, Efiopiyada qadın idmanına həsr olunmuş radioveriliş aparır.
Mükafatın tarixində ilk dəfə olaraq bu mükafata kişi sahib oldu.
N.O.
www.oxu.az