Bolqarıstanın yeni hökuməti Ukraynaya silah tədarükünü dayandırmaq niyyətindədir.
Oxu.Az-ın "Bloomberg" agentliyinə istinadən xəbərinə görə, bu barədə Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov məlumat verib.
"Ukraynanın daha çox insana ehtiyacı var, silaha deyil", - deyə nazir bildirib.
Siyasətçi, həmçinin münaqişə tərəflərini ədalətli sülhə çağırıb.