Kolumbiyanın paytaxtı Boqotada ticarət mərkəzində güclü partlayış törədilib.
Oxu.Az-ın APA-yə istinadən verdiyi xəbərə görə, Boqota meri Enrike Penyalosa partlayışın terror aktı olduğunu bildirib. Onun sözlərinə görə, insident nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.
Hadisə şahidlərinin sözlərinə görə, partlayış “Centro Andino” ticarət mərkəzinin ikinci mərtəbəsində baş verib.
A.M.