Böyük Britaniya 2023-cü il yanvarın 1-dən etibarən Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalını dayandırıb.
Bu barədə Krallığın Xarici İşlər Nazirliyi “Twitter” hesabında bildirib.
Qeyd edək ki, nazirlik hələ 28 oktyabr 2022-ci il tarixində Britaniyanın Rusiyadan LNG tədarükünü tamamilə dayandıracağını açıqlamışdı.
Krallığın Rusiya qazını ABŞ analoqu ilə əvəz edəcəyi gözlənilir.
Today the UK has ended all imports of Russian Liquefied Natural Gas.
— Foreign, Commonwealth & Development Office (@FCDOGovUK) January 1, 2023
We’re cutting Putin off from funding his illegal war and supporting countries around the world to reduce their own dependency.#StandWithUkraine pic.twitter.com/AXEHYhZhSK