Yüzminlərlə britaniyalı artıq çəki problemləri səbəbindən işləyə bilmir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Telegraph" nəşri York Universiteti tərəfindən aparılan tədqiqatın nəticələrinə istinadən məlumat verib.
Nəşrin məlumatına görə, tədqiqatçılar 284 000-dən çox könüllünün parametrlərini təhlil ediblər. Məlumatlar Böyük Britaniyanın ən böyük tibbi məlumat bazası olan "UK Biobank"dan götürülüb.
Məqalədə qeyd olunur ki, ölkədə ümumilikdə 15 milyondan çox insan artıq çəki ilə yaşayır. Bunlardan 4%-i məhz piylənmə səbəbindən işə getmir.
"Böyük Britaniyada 600 000-dən çox insan artıq çəkiyə malikdir və bu səbəbdən də onlar işləyə bilmirlər", - deyə materialda bildirilib.
Nəşrin müəllifləri aşkar ediblər ki, Böyük Britaniyada artıq çəki səbəbindən kişilər qadınlara nisbətən daha çox işləməyi dayandırırlar.
Mətndə vurğulanıb ki, Böyük Britaniya iqtisadiyyatı piylənmə diaqnozu qoyulmuş sakinlərin sayına görə "əlavə itkilər"lə üzləşə bilər. Jurnalistlər izah ediblər ki, bu cür işçilər normal çəkidə olan insanlara nisbətən iki dəfə çox xəstəlik məzuniyyəti götürürlər.