Venesuelada ötən ayın sonlarında baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 5 069 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges "Telegram" kanalında məlumat yayıb.
Rodrigesin dərc etdiyi hökumətin gündəlik hesabatına əsasən, 16 740 nəfər xəsarət alıb, 17 907 nəfər evsiz qalıb. 190 bina tamamilə dağılıb, 856 binaya ciddi ziyan dəyib.
Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib.
Xatırladaq ki, zəlzələ iyunun 24-də axşam saatlarında Venesuelada baş verib. Təxminən 40 saniyə fasilə ilə 7.2 və 7.5 bal gücündə iki yeraltı təkan qeydə alınıb. Zəlzələnin episentrləri Yaraku ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib.
Hadisədən sonra 1 331 afterşok qeydə alınıb.