Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Böyük Britaniyanın kralı "Apple Music" üçün öz pleylistini tərtib etdi
Böyük Britaniyanın kralı III Çarlz "Apple Music" üçün öz pleylistini tərtib edib.
Oxu.Az daily.afisha.ru-ya istinadən xəbər verir ki, pleylistə martın 10-da baxmaq mümkün olacaq.
Qeyd olunur ki, siyahıda kralın zövqünü əks etdirən mahnılar yer alacaq. Pleylistə daxil olan dəqiq treklər hələ açıqlanmayıb. Bununla belə, Kayli Minouq, Bob Marli, Qreys Cons və "Raye"nin mahnılarının yer alacağı gözlənilir.
III Çarlz həmçinin Böyük Britaniyanın Millətlər Birliyi bayramının qeyd olunması münasibətilə "The King`s Music Room" (Kralın musiqi otağı) verilişinin efirində çıxış edəcək. O, musiqiçilərlə görüşlərindən danışacaq və seçdiyi mahnıların ona nə üçün öz həyatının saundtrekini formalaşdırmağa kömək etdiyini izah edəcək.
"Musiqi bütün həyatım boyu mənim üçün çox şey ifadə edib. Bilirəm ki, bir çoxları üçün də bu belədir. Musiqi zehnimizin ən dərinliklərində xoşbəxt xatirələri oyatmaq, kədərli anlarda bizə təsəlli vermək və bizi uzaq yerlərə aparmaq kimi möhtəşəm bir xüsusiyyətə malikdir", - kral qeyd edib.