Braziliyada ölkənin ən hündür Müqəddəs Məryəm heykəli ucaldılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "PUL N3" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunur ki, yeni heykəlin hündürlüyü 51 metrə çatır.
Müqayisə üçün, Rio-de-Janeyroda olan və uzun müddət ölkənin ən hündür dini simvolu olan məşhur İsa Məsih heykəli 38 metr hündürlüyə malikdir.
Müqəddəs Məryəmin yeni heykəli yerli sakinlər və çoxsaylı zəvvarlar üçün əhəmiyyətli hadisəyə çevrilib.