Britaniya polisi Bradford şəhərində ən çox axtarılan cinayətkarı tapıb, axtarış zamanı o, şkafın arxasında gizlənibmiş.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə polis bölməsinin rəsmi “Facebook” səhifəsində məlumat yayılıb.
Hüquq-mühafizəçiləri dörd ünvan üzrə axtarış aparıb və yalnız sonuncu reyd uğurla başa çatıb.
“Kişi dördüncü ünvanda tapılıb, o, şkafın arxasında gizlənibmiş. O saxlanılıb və Böyük Britaniyaya deportasiya ediləcək”, - məlumatda deyilir.
Polislər qeyd ediblər ki, saxlanılan şəxs Böyük Britaniyada ən çox axtarılan cinayətkarlardandır. Onu Slovakiyada seksual zəmində törədilmiş ciddi cinayətlərdə ittiham edirlər.
N.О.
www.oxu.az