Böyük Britaniyada milyonçuların sayı (funt sterlinqlə) 2008-ci ilin qlobal maliyyə böhranından bəri ən aşağı - mənfi rekord səviyyəyə düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Adam Smit İnstitutunun apardığı tədqiqatın nəticələrinə istinadən "The Times" məlumat yayıb.
"Hazırda Böyük Britaniyada milyonçuların sayı dünya maliyyə böhranından sonrakı istənilən dövrlə müqayisədə daha azdır", - deyə açıqlamada qeyd olunub.
Araşdırmanın nəticələrinə əsasən, hazırda ölkədə təxminən 442 min milyonçu var ki, bu göstərici də 2024-cü illə müqayisədə 7% azdır.
Mütəxəssislər bu tendensiyanın yaranmasını faiz dərəcələrinin artırılması, ölkə iqtisadiyyatına inamın olmaması, əmanətlərin aşağı səviyyəsi, həmçinin varlı şəxslərin Böyük Britaniyada qalmaq və ya oraya köçmək istəməməsi ilə əlaqələndirirlər.