Türkiyə Almaniya tərəfindən atılan qərəzli addımlara müvafiq cavab verəcək.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
Daha öncə çərşənbə günü üçün Çavuşoğlunun Hamburqda planlaşdırılmış çıxışı yerli hakimiyyət tərəfindən ləğv edilmişdi, səbəb kimi isə çıxışın planlaşdırıldığı Vilqelmsburq rayonunda yerləşən məkanın yanğından mühafizə qaydalarına cavab vermədiyi göstərilmişdi.
“Mən bu gün Hamburqa gedirəm və bu axşam oradakı vətəndaşlarımızla görüşəcəyik. Buna heç kim mane ola bilməz. İcmaların azadlığı – demokratiyadır. Avropa öz standartlarını və dəyərlərini belə qiymətləndirir. Biz Almaniya da daxil olmaqla, heç bir ölkə ilə münasibətlərimizi korlamaq istəmirik. Amma qərəzli münasibətə müvafiq cavab verəcəyik”, - Çavuşoğlu İstanbulda jurnalistlərə bildirib.
N.О.
www.oxu.az