Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “The Telegraph” qəzeti üçün məqalə yazıb.
Oxu.Az xəbər verir ki, nazir məqalədə “Zeytun budağı” əməliyyatı, Türkiyənin hazırkı siyasi mövqeyi və gücü barədə fikirlərə yer verib.
Çavuşoğlu Avropa İttifaqı (Aİ) ilə Türkiyə münasibətlərini şərh edib və İttifaqın Türkiyəsiz gücsüz və qorunmasız olduğunu vurğulayıb.
“Türkiyəsiz bir Avropa qorunmasız və müdafiəsiz qalacaq. Türkiyə hər Avropa ölkəsinin çatmaq istədiyi iqtisadi gücə malik bir dəyərdir. Türkiyənin Avropaya yük olacağı ilə bağlı səsləndirilən fikirlər bu səbəbdən tamamilə yanlışdır”, – deyən nazir bildirib ki, bununla belə, ölkəsinin İttifaqa qoşulması Avropadan asılıdır.