ABŞ Senatı Donald Trampın namizədliyini irəli sürdüyü Ceff Seşnsı ölkənin baş prokuroru təyin edib.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Seşnsın təyinatının lehinə 52 senator, əleyhinə isə 47 senator səs verib.
Ceff Seşns – Alabama ştatından respublikaçı senatordur, onun baş prokuror vəzifəsinə namizədliyi Tramp tərəfindən irəli sürülmüşdü.
Seşns senatın üzvüdür, palatada o iki - immiqrasiya və strateji qüvvələr üzrə alt komitəyə rəhbərlik edir.
N.О.
www.oxu.az